MDB: Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyə hazırıq

A- A A+

MDB müşahidəçilər missiyası rəsmi dəvətdən sonra Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin monitorinqində iştirak etməyə hazırdır.

Bu barədə NUHÇIXAN qurumun mətbuat xidmətindən məlumat verilib.

"Biz rəsmi dəvət gözləyirik və dərhal missiyanın formalaşmasına başlayacağıq", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: