Azərbaycan səfiri pakistanlı nazirlə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

A- A A+

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər naziri Əhsən İqbal ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunub.

Məlumata görə, tərəflər Pakistan və Azərbaycan arasında möhkəm qardaşlıq münasibətlərini vurğulayıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: