"Birləşdik -2024": Azərbaycan hərbçiləri ştat silahlarının döyüş vəziyyətinə gətirilməsi tapşırıqlarını icra ediblər - FOTOLAR

A- A A+

Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar uğurla icra edilib.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Müdafiə nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırlıq mərhələsinin növbəti günündə Azərbaycan hərbçiləri ştat silahlarının normal döyüş vəziyyətinə gətirilməsi üzrə tədbirləri yerinə yetiriblər.

Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı-ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: