Dövlət Departamenti Bakı ilə İrəvan arasındakı sülh danışıqlarında irəliləyişin olduğunu bildirib

A- A A+

ABŞ-nin Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə söyləyib.

Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh razılaşması əldə etməyə təşviq etməkdə davam edir:

“Sülh razılaşması region, regionda sülh və təhlükəsizlik üçün çox vacib olardı. Razılaşmanın mümkün olduğunu düşünürük, bunun üçün hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompromislər tələb olunacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: