NUHÇIXAN məlumat verir ki, bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. İclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədləri müəyyənləşdirilib. Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.
YAP-ın yeni namizəd siyahısında Naxçıvandan olan namizədlərin də adı açıqlanıb. Adları açıqlanan namizədlərin siyahısını sizə təqdim edirik:
1 saylı Şərur – Sədərək Əsgərov Ziyafət Abbas oğlu
2 saylı Şərur-Kəngərli Novruzov Siyavuş Dünyamalı oğlu
3 saylı Babək - Şahbuz - Kəngərli Babayev Asiman Əli oğlu
4 saylı Naxçıvan şəhər İbrahimov Eldar Rza oğlu
5 saylı Babək - Naxçıvan - Culfa Həmzəyeva Ülviyyə Tapdıq qızı
6 saylı Ordubad - Culfa Rəhimzadə Vüqar Gəncəli oğlu