Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayının Neokolonizmə qarşı mübarizəsi
Bu gün iyulun 17-də Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultay keçirilir. Qurultayın keçirilməsinin təşəbbüskarı Fransanın Birlik dövlətlərinin partiya və həraktlarıdır.
Qurultayın keçirilmə vaxtı xüsusilə əlamətdardır, çünki nəzərə alsaq ki, iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilər Fransa Prezidenti Emmanuel Makronun partiyasının yerini ifrat sağçılar tutdular. Bu hadisə Emmanuel Makron siyasi diktaturasının yaxınlaşmasından xəbər verir. Nəzərə alsaq ki, “Sarı jiletlilər” hərakatı Makron diktaturasına ölümcül zərbə vurmuşdu, bu isə siyasi məğlubiyyəti qacınılmaz edirdi. Baş verənlərin fonunda Baş Nazir Qabriel Attal istefa verməyə məcbur oldu. Hər iki hadisə Makron iqtidarının ciddi təhlükədə olduğundan xəbər verir.
Fransanın “əzilmiş” xalqların hamisi kimi özünü göstərməsi təbii olaraq, Fransa müstəmləkə siyasətinin qurbanı olan xalqların narahatlığına səbəb olmaya bilməzdi. Yeni Kaledoniyada baş verən son ixtisaslar zamanı Kanaki xalqına qarşı zorakılıqdan istifadə edilməsi, kütləvi həbslər baş verdi. Baş verən bütün hallar Fransa xalqının iradəsinə zidd olaraq Makron diktaturası tərəfindən Fransa konstitusiyasını heçə sayması idi. Belə ki, Fransa Konstitusiyasının XII bölməsinin 77-ci maddəsində deyilir: “...onlar öz-özlərini idarə edir və özlərinə məxsus işləri demokratik qaydada və sərbəst həll edirlər”.
Dənizaşırı torpaqların xalqlarına qarşı amansız güc tətbiq edilməsi və yerli xalqların hüquqlarının tapdalanması Bakı Qurultayının əsas mövzusu olmasını qacınılmaz edirdi. Baş verən hadisələrə biganə qalmayan Niderland koloniyalrı olan Bonayre və Sən-Martin adalarından 3 təşkilat Qurultayın işində fəxri qonaq qismində iştirak edirlər. Digər müstəmləkə dövlətlərin koloniyalarının Konfransda iştirakı Azərbaycanın nicat qapısı olmasını faktını bir daha təsdiq edir.
Həmçinin, Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov onu da qeyd edib ki, “Bakı Təşəbbüs Qrupu tərəfindən müstəmləkəçiliklə mübarizə aparan ölkələrdən olan gənclərə təqaüd veriləcək. Bu ildən təşkilatımız Azərbaycanda təhsil almaq istəyən gənclərə təqaüd verəcək. Noyabrda təşkil olunacaq COP29 çərçivəsində kolonializimin tarixi barədə sərgi keçiriləcək. Eyni zamanda Bakı Təşəbbüs Qrupu bəyan edir ki, Fransa polisi müstəmləkəçilik hərəkatının üzvlərini həbs edərkən onlarla terrorçu kimi davranıb və gizli şəkildə Parisə aparıb. Orada isə onlar müxtəlif işgəncələrə məruz qalıb. Bu şəxslərin arasında qadınlar da var. Bakı Təşəbbüs Qrupu məhbusların ailələrinə və onları müdafiə edən şəxslərə yardım edəcəyini bəyan edir. Bu günkü tədbirimizdə həmin siyasi məhbuslardan bəzilərinin ailələri iştirak edir”.
Konfransda bir sıra partiya nümayəndələri Yeni Kaledoniya Partiyasının üzvləri Fransa hökumətinin repressiya və hərəkətlərindən şikayətlərini bildirirlər.
Yeni Kaledoniya Partiyasının üzvü İzabella Kaloi: Yeni Kaledoniya sakinləri mütəmadi olaraq repressiyaya məruz qalırlar və gənc kanakilər onların hədəfi olurlar.
Mariya Lin Sakiliya: İndiyədək Yeni Kaledoniyada təxminən 1 500 nəfər həbs edilib: biz terrorçu deyilik, sadəcə hüquqlarımızın bərpasını tələb edirik.
Mariya Saliga: Fransa hökumətinin hərəkətləri qəbuledilməzdir. Biz müstəqillik uğrunda mübarizə aparırıq.
Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest: Fransa bu gün yoxsulluq və miqrant problemləri ilə mübarizə aparır. Biz fransız xalqı ilə düşmənçilik etmirik. Lakin hər bir xalqın nümayəndəsinin öz hüquqlarından istifadə edə bilməsi üçün bütün zəruri şərait yaradılmalıdır.
Qurultay iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa müstəmləkəçiliyinə qalib gəlmək üçün nəticəyönümlü fəaliyyətin əlaqələndirilməsinin yollarını müzakirə etmək imkanı yaradacaq. Həmçinin koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək mübarizəsində ən səmərəli təcrübə və strategiyalar barədə müzakirələr aparacaqlar.
Qurultay koloniyalarda Fransa hökuməti tərəfindən bu ərazilərin sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan müstəmləkəçilik probleminə diqqət çəkməyə töhfə verəcək.
Atilla Öztürk- siyasi şərhçi, AISEDA İctimai Birliyinin həmtəsisçisi Naxçıvan Dövlət Universitetinin baş hüquqşünası və “hüquq fənnləri” kafedrasının müəllimi