ABŞ səfirliyi: 1999-cu ildən bəri minalarla mübarizə üçün Azərbaycana təxminən 38 milyon dollar ayrılıb

A- A A+

1999-cu ildən bəri ABŞ minalarla mübarizəyə yönləndirilmiş humanitar proqramlarını dəstəkləmək üçün Azərbaycana təxminən 38 milyon dollar ayırıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Səfirlik Azərbaycan Minatəmizləmə Agentliyini (ANAMA) 26-cı ildönümü münasibətilə təbrik edib:

"26-cı ildönümünüz mübarək və tərəfdaşlığınıza görə təşəkkür edirik! Birgə işimiz minalardan və partlamamış hərbi sursatlardan zərər çəkmiş icmalara real fayda gətirir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: