MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

A- A A+

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qəbul edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Gələcək Azərbaycan, Müsavat, Azad Vətən, Vəhdət və Ədalət partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb.

Bununla bağlı qərar səsverməyə qoyularaq qəbul olunub.

Beləliklə, MSK-da ümumilikdə 24 siyasi partiyadan 585 səlahiyyətli nümayəndə qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: