“BÖYÜK BACI” SƏNƏ BAXIR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə 18.07.2024-cü il tarixdə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfər zamanı dövlətimizin başçısı bir sıra rəsmi görüşlər keçirib. Belə görüşlərdən biri də Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Sülh danışıqlarının intensivləşdiyi və bir çox vasitəçi olmadan  ikitərəfli razılaşmaların əldə edildiyi bir  məqamda Ermənistanın qeyri-konstruktivliyi və görüşdən imtina etməsi sülh gündəliyini təhlükəyə atır.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Avropa Siyasi İcması”nın Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsindən Ermənistanın imtinasını belə şərh etdi: “Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk.

Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başa düşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan, əslində, dialoq imkanlarını qiymətləndirməli, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk”.

Təbii ki, Ermənistan tərəfi havadarları tərəfindən  vədlərlə  sülh gündəliyindən uzaqlaşdırılır. Ermənistanın “böyük bacısı” olan Fransanın görüşdən imtinada rolunun olmadığını düşünmək sadəlövhlük olardı. Belə də ki, Emmanuel Makron siyasi diktaturası iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə məğlubiyyəti, dənizaşırı torpaqlarda milli azadlıq hərəkatları, Afrikada keçmiş müstəmləkəsi olduğu Mali, Niger, Qvineya-Bisauda Fransa qoşunlarının çıxarılması,  Baş nazir Qabriel Attalın istefa verməsi və sair Makron siyasi diktaturasının tənəzzülünü yaxınlaşdırır. Siyasi məğlubiyyətini qəbul  etməyən Fransa iqtidarı çıxış yolunu daxili məsələlərdən fikir yayındırmaq üçün  Cənubi Qafqazda sabitliyi pozmaqda görür.

Siyasi arsızlıq nümayiş etdirən Makron siyasi tənəzzülünün fonunda Azərbaycanın legitim hüquqlarına qarşı avantürist çıxışlarını davam etdirməkdən geri qalmır. Makronun Ermənistana havadarlıq etməsi təbii olaraq  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin  sərt tənqidinə tuş gəlməyə bilməzdi.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi: “Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir. Fransa tərəfinə xatırladırıq ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlməkdədir. Lakin bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz. 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir. Onu da xatırlatmaq istərdik ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub. Qeyd olunanları nəzərə alaraq bir daha bildiririk ki, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək”.

Ermənistanın  dırnaqarası hüquqlarının hamisinə çevrilən Makron diktaturası nədənsə Azərbaycanın xalqının dədə-baba yurdlarından didərgin salınmasını görməzdən gəlir, dənizaşırı birlik dövlətlərinin hüquqlarını heçə sayır. İkili standartların tətbiqi  Makron hakimiyyətinin beynəlxalq və bəşəri dəyərlərdən uzaq  olduğunu  göstərir. Baş verənlər fonunda  Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayı zamanı Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən  koloniyaların Fransa Koloniyalarının  Beynəlxalq Azadlıq Cəbhəsi  yaratması Makron iqtidarına qarşı verilmiş ən yaxşı cavablardan biri oldu.

Atilla Öztürksiyasi şərhçi,

AISEDA İctimai Birliyinin həmtəsisçisi

Naxçıvan Dövlət Universitetinin baş hüquqşünası və Hüquq fənləri kafedrasının müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: