Obai Şahbandar: "Günnüt əməliyyatını, Naxçıvanı həmişə xatırlayıram" - VİDEO

A- A A+

"Bəli, bir jurnalist və peşəkar media mütəxəssisi kimi Şuşada - Azərbaycanın mədəniyyət paytaxtında olmaq hər zaman çox xoşdur. Hazırda biz burada köklü bir inkişaf və yenidənqurma işlərinin şahidi oluruq". Bu fikirləri Şuşada keçirilən İkinci Qlobal Media Forumunda iştirak edən "TRT World" kanalının əməkdaşı Obai Şahbandar NUHÇIXAN-ın əməkdaşı ilə söhbətində deyib: "Bir media mütəxəssisi və müxbir, eləcə də, illərlə münaqişə jurnalisti kimi çalışmış biri kimi Naxçıvanda olduğum vaxtları xüsusən xatırlayıram. Azərbaycan ordusunun uğurla həyata keçirdiyi Günnüt əməliyyatını işıqlandıran ilk Qərb komandası məhz bizim komanda idi. Bu, bizə əksərən səhv anlaşılmış, kompleks bir münaqişəni qərbə və beynəlxalq aləmə doğru şəkildə çatdırmaq imkanı yaratmışdı. Belə ki, biz öz izləyicilərimizə reallıqda nələrin, hansı hadisələrin baş verdiyini birbaşa çatdırmaq imkanı əldə etmişdik. Əlbəttə ki, Qarabağ səfərimiz başa çatdıqdan sonra, gözəl Naxçıvana yenidən getməyi səbirsizliklə gözləyirik. Azərbaycandakı bütün izləyicilərimizə və dostlarımıza sevgi ilə..."

Qeyd edək ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək ordumuzun nəzarətinə keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: