XİN: Azərbaycan Rusiyada və digər platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub

A- A A+

Azərbaycan Rusiyada və başqa platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub.

NUHÇIXAN xəbər verir ki, bunu TASS-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olması barədə bəyanatlarına münasibət bildirərkən deyib.

“Azərbaycan tərəfi Rusiyada və digər platformalarda Ermənistan tərəfi ilə danışıqlara hər zaman hazır olub”, - o bildirib.

Daha əvvəl brifinqdə Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında tərəflərin üstünlük verdiyi ikitərəfli formatda danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: