Somali XİN başçısı: COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla sıx əməkdaşlığa hazırıq

A- A A+

Somali BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi üçün Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır.

NUHÇIXAN xəbər verir ki, bunu Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

“COP29-a ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edirik. Biz COP29-a uğurla ev sahibliyi etməsi və bu konfransda qarşıya qoyulan bütün məqsədlərə nail olmaq üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyə hazırıq”, - o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: