Böyük Britaniyanın “Wanderlust” jurnalında Naxçıvanla bağlı məqalə dərc olunmuşdur

A- A A+

NUHÇIXAN xəbər verir ki, Böyük Britaniya vətəndaşı Alan Amosun təşəbbüsü ilə  Londonda nəşr olunan “Wanderlust” jurnalının  yanvar sayının 69-cu səhifəsində Naxçıvan  Muxtar Respublikası barədə “Unudulmuş bir  ərazini yenidən kəşf edin” başlıqlı məqalə dərc edilmişdir.

Məqalədə qeyd olunur ki, dünyada elə ərazilər var ki, səyahətçilər həmin yerləri sadəcə görmürlər. Həmin ərazilər böyük millətlərin cəhdləri, ərazi mübadiləsi və hər iki tərəfin asanlıqla nail olduqları sövdələşmə nəticəsində ayrı salınmışdır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan coğrafi cəhətdən başqa dövlətlərin əhatəsində qalan belə yerlərdəndir. Bura Osmanlı İmperiyasından britaniyalıların tabeliyinə keçmiş və 1990-cı ildə kommunist əsarətindən azad olunana qədər Sovetlər Birliyinin tərkibində olmuşdur. Naxçıvanı qədim tarixi məkan kimi tanıyan Regent Holidays  şirkəti bu diyara səyahətlər təklif edir. Səyahətə Nuh peyğəmbərin məzarüstü türbəsi, qədim duz mədənlərində yaradılmış sanatoriyalar və orta əsr abidələri daxildir. Səyahətçilər Batabatdan başlayaraq gün ərzində Alp çəmənliklərini, üzən adaları və  müqəddəs "Qurani-Kərim" də 7 nəfərin  sığındığı qeyd olunan Əshabi-Kəhf Dini Mədəni Abidə Kompleksini görə bilərlər. Əsas məsələ bu torpağa ayaq basmaqdır.

Qeyd edək ki, Böyük Britaniyada nəşr olunan dünyanın ən məhşur səyahət və macəra jurnalı “Wanderlust” 1993-cü ildə yaradılıb. Müxtəlif beynəlxalq  mükafatlara layiq görülmüş jurnalın dünyanın müxtəlif ölkələrindən milyonlarla oxucusu vardır.  

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: