BMTİP Qarabağda minaaxtaran itlərdən bəhs edən filmin kadrlarını təqdim edib

A- A A+

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətləri haqqında qısametrajlı filmdən kadrları təqdim edib.

NUHÇIXAN-ın məlumatına görə, video BMTİP-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.

“Bu, oyun deyil... BMTİP-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) potensialının artırılması üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşəbbüs çərçivəsində hazırlanmış minaaxtaran itlər və qəhrəman siçovullar haqqında qısametrajlı filmdən olan videoçarxı təqdim edir”, - paylaşımda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: