Naxçıvan şəhər
14 avqust 2024-cü il
28 saylı Naxçıvan şəhər Dairə Seçki Komissiyası “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 20.4, 20.13, 29.1.1, 31.2, 63 və 99.1-ci maddələrini rəhbər tutaraq qərara alır:
1. 01 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilərdə 28 saylı Naxçıvan şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınan Azərbaycan Respublikası vətəndaşı İsmayılxanlı Rövşən Əli oğlu “Naxçıvan Muxtar Respublikası Ali Məclisə Seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 63-cü maddəsinin tələblərini pozaraq seçkiqabağı təşviqat aparılması müddətinin tələblərinə əməl etmədiyindən həmin şəxsə “Naxçıvan Muxtar Respublikası Ali Məclisə Seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 99.1-ci maddəsini rəhbər tutaraq media vasitəsi ilə xəbərdarlıq edilsin.
2. Bu qərar media subyektlərində dərc olunsun.
Sədr: Qasımova Tahirə Yusif qızı
Katib: Novruzov Əli Teymur oğlu