Prezident İlham Əliyev DSX-nin şəhid hərbi qulluqçularını təltif edib

A- A A+

Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) üç əməkdaşını təltif edib.

NUHÇIXAN xəbər verir ki, dövlət başçısı Vətən müharibəsində şəhid olan gizir Əliyev Rüfət Fizuli oğlunu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bu il iyun ayında Laçında ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlunu “Vətən uğrunda” medalı ilə və onun əsgəri Nağıyev Əli Elşən oğlunu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

Qeyd edək ki, ölümündən sonra ordenlə təltif edilən gizir Rüfət Əliyev Vətən müharibəsi şəhididir. O, zəfərə iki gün qalmış, noyabrın 7-də dövlət sərhədinin üzərində yerləşən 812.0 yüksəkliyi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev isə bu il iyunun 9-da ildırım vurması nəticəsində həlak olublar. Onlar “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi zamanı bədbəxt hadisə ilə üzləşiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: