Hərbi qulluqçularımız "Altın Kıran - 2024" təlimində iştirak edirlər

A- A A+

Azərbaycan və Qazaxıstan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib.

"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: