Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) itkin ailələri arasından seçərək psixososial, hüquqi və tibbi dəstək göstərmək üçün təlim keçdiyi sirdaşlar 2024-cü ilin birinci yarısında 1400-dən çox itkin ailəsi ilə əlaqə saxlayıb.
Bu barədə NUHÇIXAN-a BQXK-dan məlumat verilib.
Qeyd olunub ki, eyniləşdirilərək nəşi ailələrinə qaytarılmış insanların yas mərasimləri zamanı onların ailə üzvlərini 350 dəfədən çox ziyarət
edib.
Məlumatda bildirilib ki, hazırda ailələrin BQXK-ya verdikləri məlumata əsasən, regionda münaqişə ilə əlaqədar 4000-ə yaxın azərbaycanlı və 1000-ə yaxın erməni itkin hesab edilir.