“Haber Global” Azərbaycandakı parlament seçkilərilə bağlı süjet hazırlayıb - VİDEO

A- A A+

Türkiyənin “Haber Global” telekanalı bu gün Azərbaycanda keçirilən növbədənkənar seçkilərlə bağlı geniş reportaj hazırlayıb.

NUHÇIXAN xəbər verir ki, telekanalın əməkdaşı Murat Karataş Bakıdan qoşulduğu canlı yayımda seçki prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib.

O, seçkinin vaxtının noyabr ayında deyil, daha tez keçirilməsinin COP29-la əlaqəli olduğunu vurğulayıb.

O qeyd edib ki, sayca yeddinci parlament seçkilərində 125 yer uğrunda 990 namizəd mübarizə aparıb. Müəllif nəzərə çatdırıb ki, budəfəki seçkiləri digərlərindən fərqləndirən əsas məqam onun bütün Azərbaycan torpaqlarında, o cümlədən işğaldan azad edilmiş Qarabağda baş tutmasıdır.

Süjetdə seçkiləri xeyli sayda beynəlxalq müşahidəçi, o cümlədən TÜRKPA, MDB, ATƏT, Türkiyə parlamentinin nümayəndə heyətinin müşahidə etdiyi qeyd edilib.

Həmçinin, Türkiyə parlamentinin nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edildiyi də xüsusi vurğulanıb.

Daha ətraflı videoda:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: