MSK bu gündən ancaq poçtla daxil olan və 3 günlük müddəti əhatə edən şikayətlərə baxacaq

A- A A+

Mərkəzi Seçki Komissiyası bu gündən ancaq poçtla daxil olan və müəyyən edilmiş 3 günlük müddəti əhatə edən şikayətlərə baxacaq.

NUHÇIXAN xəbər verir ki, bunu Komissiyanın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, qanuna əsasən, müraciətlər üçün ayrılan vaxt başa çatıb:

"Poçtla göndərilən müraciətlərdə isə gecikmə olduğuna görə ştamp vurulan tarix 3 günlük müddətə uyğun gələn müraciətlərə MSK-da müzakirəyə çıxarılacaq. Tələbimiz budur ki, araşdırma ciddi aparılsın".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: