Overçuk: Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması 2020-ci il razılaşmaları əsasında mümkündür
Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması 9 noyabr 2020-ci il tarixli razılaşmalar çərçivəsində mümkündür.
NUHÇIXAN-ın məlumatına görə, bunu hazırda Ermənistanda olan Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Bildirmək istəyirəm ki, kommunikasiyaların açılması üç dövlətin (Azərbaycan, Rusiya Federasiyası və Ermənistan) liderləri arasında əldə edilmiş və 9 noyabr 2020-ci il tarixli birgə bəyanatda öz əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya hər zaman bu prosesə qoşulmağa və Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq burada kömək etməyə hazırdır”, - o brifinqdə qeyd edib.