HDQ-də "Partlayıcı sursatların zərərsizləşdirilməsi" kursu keçirilir - VİDEO
2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi təyinatlılarının bir qrup şəxsi heyəti ilə "Partlayıcı sursatların zərərsizləşdirilməsi" kursu keçirilir.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, kursun planına uyğun olaraq, dəniz fazası üzrə dib minalarının, şərti terror qrupları tərəfindən quraşdırılan bütün növ partlayıcı döyüş sursatlarının və kustar üsulla hazırlanan partlayıcı qurğuların aşkarlanması, təhlükəsizlik qaydaları nəzərə alınmaqla onların səthə çıxarılaraq partlatma və yandırma üsulu ilə məhv edilməsi üzrə tapşırıqlar icra olunur.
Kursun keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığını müasir tələblərə uyğunlaşdırmaq, eləcə də hərbi qulluqçuların praktiki vərdişlərini və dövrün tələblərinə uyğun yeni mühəndis avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarını təkmilləşdirməkdir.