Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək "Nusret-2024" beynəlxalq hərbi təlimlərində iştirak edəcəklər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimlər sentyabrın 20-dən 29-dək davam edəcək.
Manevrlərdə Türkiyə, Rumıniya, İspaniya, İtaliya və Yunanıstana məxsus gəmilərdən ibarət NATO Daimi Minalara Qarşı Tədbirlər Tapşırıq Qrupu-2, həmçinin Türkiyə, Bolqarıstan və Rumıniya gəmilərindən ibarət Qara Dəniz Minalarına Qarşı Tədbirlər Xidməti qrupu iştirak edəcək.
Bildirilib ki, Azərbaycanla yanaşı, ABŞ, Bəhreyn, BƏƏ, Braziliya, Bolqarıstan, İndoneziya, Mərakeş, İndoneziya, Fransa, Qabon, Cənubi Koreya, Malta, Malayziya, Peru, Pakistan, Rumıniya, Səudiyyə Ərəbistanı, Oman və İordaniyadan 54 müşahidəçi təlimlərdə iştirak edəcək.