Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Qərbçilər” və “NATO”çuların apardıqları bütün bu eksperimentlər - xüsusilə söhbət Cənubi Qafqaz ölkələrindən gedirsə, bu, münaqişənin həllinə yox, kəskinləşməsinə gətirib çıxarır. Odur ki, Qərbdən silah alarkən sual yaranır – bu, nəyə gətirib çıxaracaq? Regiona, həmin ölkəyə sülh gətirəcəkmi? Bəlkə də, daha çox eskalasiyaya səbəb olacaq”, - o, bu gün keçirdiyi brifinqdə vurğulayıb.