Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib.
Qərara əsasən, Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib.