MN: Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək

A- A A+

Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi həyata keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Döyüş sursatlarının məhv edilməsi prosesi 23.09.2024-cü il tarixdən 27.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək", - məlumatda deyilir.

Bildirilir ki, aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: