ATƏT-in Minsk qrupu 30 il ərzində Cənubi Qafqazda sülhün əldə olunması istiqamətində heç nə etmədi.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiyada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Rusiya Xarici İşlər Nazirliyindəki diplomatiya akademiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Ankara Cənubi Qafqazda sülhün bərpasında maraqlıdır: “Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq”.