Nyu-Yorkda Azərbaycanın Kəşmir probleminin həllinə dair beynəlxalq normalara əsaslanan mövqeyi bir daha vurğulanıb
Xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirak etdiyi İslam Əməkdaşlığı Təşkilatının Təmas Qrupunun Cammu və Kəşmir üzrə iclasında Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi bir daha vurğulanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə paylaşım edib.
“İslam Əməkdaşlığı Təşkilatının Təmas Qrupunun Nyu-Yorkda keçirilən Cəmmu və Kəşmir üzrə iclasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib. Azərbaycanın Cammu və Kəşmir probleminin beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dialoq yolu ilə sülh yolu ilə həllinə dair sarsılmaz mövqeyi bir daha vurğulanıb”, – paylaşımda qeyd olunub.