XİN rəsmisi Avropada Müsəlmanlar üzrə Təmas Qrupunda Bakının islamofobiya ilə mübarizə təşəbbüslərindən danışıb
Xarici işlər nazirinin müavini Elnur Məmmədov İƏT-in Avropada Müsəlmanlar üzrə Təmas Qrupunda çıxış edərkən Bakının islamofobiya ilə mübarizə təşəbbüsləri barədə məlumat verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xarici işlər nazirinin müavini Elnur Məmmədov Nyu-Yorkda İƏT-in Avropada Müsəlmanlar üzrə Təmas Qrupunda çıxış edərək Azərbaycanın artan təhlükələrlə, o cümlədən dözümsüzlük, irqçilik, ksenofobiya və islamofobiya ilə mübarizə təşəbbüsləri barədə məlumat verib”, – XİN-in sosial şəbəkə hesabında bildirilib.
Qeyd olunub ki, mədəniyyətlərarası dialoqa həsr olunmuş Bakı Prosesi çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ölkəmizin müxtəlif icmalar arasında dialoqun təşviqinə sadiqliyinin bariz nümunəsidir.