Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarının uğurla nəticələnəcəyini düşünür.
NUHÇIXAN Ermənistan mediasına istinadla xəbər verir ki, Nikol Paşinyan bunu Nyu-Yorkda BMT Baş Assamleyasının ümumi debatları zamanı deyib.
“İki ölkə arasında sülh nəinki mümkündür, hətta əlçatandır”, - deyə Ermənistanın baş naziri bildirib. O, həmçinin Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin açılmasına kömək göstərməyə hazir olduğunu deyib. Bu, Bakının sülh müqaviləsi üçün tələb etdiyi əsas şərtlərdən biridir.
Paşinyanın sözlərinə görə, Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı şərtlər də aradan qaldırıla bilər. Dəyişikliklər, əsasən ərazi iddialarına aiddir.