Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva: "İqlim dəyişmələri ciddi insan hüquqları problemidir" - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu sözləri oktyabrın 2-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunda Naxçıvan Muxtar Respublikasının Ombudsmanı Günay Rzayeva bildirib.
Ombudsman qeyd edib ki, iqlim dəyişmələri yalnız ekoloji və ətraf mühit məsələsi deyil, bu ciddi insan hüquqları problemidir. Bu baxımdan iqlim dəyişikliyinə uyğunlaşmaq və onun təsirini azaltmaq cəmiyyətlər daxilində yüksək səviyyədə koordinasiya tələb edir.
Qeyd edək ki, Forumda Ombudsman aparatının əməkdaşları da iştirak edir.
Oktyabrın 3-də Forum iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər edəcək.