NDU-da "Naxçıvan Müqaviləsinin 15-ci İldönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilir - YENİLƏNƏCƏK

A- A A+

NUHÇIXAN xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Naxçıvan Müqaviləsinin 15-ci İldönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilir.

Tədbir iştirakçıları, əvvəlcə, dahi şəxsiyyətin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalmış abidəsi önünə gül dəstələri qoyublar, siyasi xadimin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra qonaqlar Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyində Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla yaxından tanış olublar.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri (BMTM) Dr.Fərid Şəfiyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, ictimaiyyət nümayəndələri və tələbələr iştirak edir. 

Qeyd edək ki, tədbir panel iclaslarla davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: