Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi çıxış edir. Biz də ölkəmizin belə mövqeyi ilə həmişə fəxr edirik.
NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Parlamentin sədri qeyd edib ki, Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərlə münasibətlərində, eyni zamanda, dünyanın qlobal problemlərinin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir.