Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib

A- A A+

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla danışıqları zamanı Zəngəzur dəhlizi mövzusuna toxunulub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Putin onların hər biri ilə ayrı-ayrılıqda, üzbəüz danışdı. Üstəlik, Prezident onlarla təqribən yarım saat söhbət etdi. Yəqin ki, fikir mübadiləsi aparılırdı. Həm də Zəngəzur dəhlizi mövzusuna toxunuldu”, - deyə Peskov jurnalistlərə bildirib.

Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilir. Görüş başlamazdan əvvəl Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında ikitərəfli görüşlər olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: