Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə bağlı çox iş görülüb.
NUHÇIXAN BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Siz Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması haqqında çox danışmışınız və bütün bunların normal qəbul olunması onu deməyə əsas verir ki, buna qədər artıq çox iş görülüb”, - A.Lukaşenko MDB dövlət başçılarının Moskvada oktyabrın 8-də keçirilən sammitinin yekunları ilə bağlı bildirib.
Belarus Prezidenti həmçinin qeyd edib ki, sammitdə qlobal gündəliyin müzakirəsi zamanı həmkarlarla fikir ayrılığının olmaması sevindiricidir.
“Dünən və ondan əvvəlki gün qlobal məsələləri müzakirə etmək imkanımız oldu. Məni və əminəm ki, sizi də sevindirən o oldu ki, aramızda beynəlxalq gündəmlə bağlı heç bir fikir ayrılığı olmadı. Həm daxili məsələləri müzakirə etdik, həm də heç bir eyham vurmadan səmimi söhbət apardıq”, - o qeyd edib.