Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Orta Dəhliz boyu əməkdaşlıq, iqtisadi əlaqələrin gücləndirilməsi və birgə infrastruktur layihələri barədə fikir mübadiləsi apardıq. Regional tərəfdaşlıqların gücləndirilməsi bizim üçün çox vacibdir”, - paylaşımda qeyd edilib.