Ombudsman: Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 358 uşaq minalardan əziyyət çəkib

A- A A+

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaş minalardan zərər çəkib, onlardan 358-i uşaqlardır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciətində qeyd edib.

Ombudsman vurğulayıb ki, Ermənistanın uzun müddət işğal altında saxladığı ərazilərdə törətdiyi ekoloji cinayətlər, eləcə də basdırdığı minalar uşaqlar da daxil olmaqla mülki əhalinin həyat və sağlamlığına, onların təhlükəsiz geri qayıdışına ciddi əngəl törətməkdədir:

"Hesab edirəm ki, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən bu istiqamətdə qətiyyətli addımlar atılmalı və Ermənistanın mina terroruna son qoyulmalıdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: