Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platforması üzrə növbəti toplantı çərçivəsində dörd ölkənin xarici işlər nazirlərini qəbul edib.
NUHÇIXAN Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş Dolmabağça sarayında baş tutub.
Qəbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iştirak ediblər.
Görüş mətbuata qapalı keçirilib.