Ali Məclisin iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə Ali Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Bəxtiyar Məmmədov iclasın gündəliyinə iki məsələnin - “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının  statusu  haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi (birinci oxunuş) və “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsinin müzakirəsinin daxil edildiyini bildirib.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Bəxtiyar Məmmədov qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının  statusu  haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılması məqsədilə müvafiq qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Layihə Hüquq siyasəti komitəsinin 17 oktyabr 2024-cü il tarixli iclasında müzakirə olunub.  

Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.

İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev, Humanitar siyasət komitəsinin sədri Ülkər Bayramova, Sosial siyasət komitəsinin sədri Nuray Əliyeva və İqtisadi siyasət komitəsinin üzvü Pərvin Nəcəfsoy müvafiq qanuna təklif edilmiş dəyişikliklərin əhəmiyyətini vurğulayıblar.

Sonra qanun birinci oxunuşda qəbul edilib.

“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun və “Media haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılma məqsədi ilə hazırlanıb. Ali Məclisin deputatlarına təqdim edilmiş layihə Hüquq siyasəti komitəsinin 17 oktyabr 2024-cü il tarixli iclasında müzakirə olunub.

Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, sədrlik etdiyi komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun səsə qoyularaq qəbul olunub.

Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının iclası başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: