Bölgələrdə hərbi obyektlərin inşası davam etdirilir - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, cəbhəboyu zonada olan nazirliyinin rəhbər heyəti yeni inşa edilməkdə olan bir neçə hərbi obyektlərdə tikinti işlərinin gedişini yoxlayıb.
Nazir, general-polkovnik Zakir Həsənov hərbi obyektlərdə aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması ilə bağlı cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.