Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 25-də Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə Ali Məclisin iclası keçirilib.

Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələnin ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi olduğunu bildirib.

Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.

Qanun layihəsi oxunduqdan sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Daxili Nizamnaməyə əsasən, ikinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilmək üçün aparıcı komitəyə qaytarılır.

Daxili Nizamnamənin müvafiq maddəsinə uyğun olaraq layihə üçüncü oxunuş üçün hazırlanması məqsədilə Hüquq siyasəti komitəsinə qaytarılıb.

Həmin gün Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə Ali Məclisin növbəti iclası keçirilib.

Gündəlikdə duran məsələ - “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi ilə bağlı Bəxtiyar Məmmədov bildirib ki, Ali Məclisin Hüquq siyasəti komitəsi qanun layihəsinə yenidən baxaraq üçüncü oxunuşa təqdim edib. Layihədə hər hansı dəyişiklik yoxdur.

Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verdikdən sonra qanun səsə qoyularaq qəbul olunub.

Bununla da iclas başa çatıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: