Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

A- A A+

Slovakiya Prezidenti Peter Pelleqrini bir neçə gündən sonra Azərbaycana səfər edəcək.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, Pelleqrini Azərbaycana səfər planları barədə Almaniyada jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək danışıqlarda o, Slovakiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi məsələlərini müzakirə etməyi planlaşdırır.

Pelleqrini əlavə edib ki, Azərbaycana qarşıdakı səfərini Almaniya kansleri Olaf Şolts ilə müzakirə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: