Azərbaycan NATO ilə müntəzəm siyasi dialoq aparır və regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə vermək üçün alyansla geniş spektrli məsələlərlə bağlı siyasi əməkdaşlığı inkişaf etdirir.
NUHÇIXAN xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəis müavini-şöbə müdiri Anar Mütəllimov enerji təhlükəsizliyi və iqlim dəyişikliyi məsələlərinin öyrənilməsinə həsr olunmuş “Azərbaycan-NATO” tədbirində deyib.