NUHÇIXAN xəbər verir ki, 2 fevral–Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərə 2019-cu il üçün Prezident mükafatının verilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən mükafatlandırılan gənclər arasında Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ağbulaq kənd tam orta məktəbinin İngilis dili müəllimi Mirzəmmədova Nigar Mübariz qızı təhsil sahəsində fərqləndiyinə görə Prezident mükafatına layiq görülüb.