Türkiyə və Naxçıvan arasında əlaqələrin genişlənməsi üçün mütəmadi olaraq işlər görülür.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Cümhuriyyətin yaradılmasının 101-ci ildönümü münasibətilə təşkil edilən tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.
“Bildiyiniz kimi İğdır-Naxçıvan qaz kəmərinin təməli ötən ilin sentyabr ayında hər iki ölkənin Prezidenti tərəfindən atılıb. Qaz kəmərinin tikintisinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir”, - Baş konsul bildirib.
A.Kaya qeyd edib ki, Türkiyə və Azərbaycan arasında olan qardaşlıq bütün dünyaya örnəkdir:
"Xalqlarımızın dostluq, qardaşlıq bağları lap qədimlərə söykənir. Sevincdə, kədərdə hər zaman bir birimizin yanında olmuşuq. Türkiyə-Azərbaycan münasibətləri, bu xüsusda Türkiyə-Naxçıvan əlaqələri hər keçən gün daha da genişlənir”.