Müasir dünyada gedən proseslər göstərir ki, iqlim dəyişikliyi ilə mübarizə yalnız siyasi iradə ilə bağlı deyil.
NUHÇIXAN xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva "Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" (COP29-a doğru) mövzusunda" keçirilən dəyirmi masada deyib.
O qeyd edib ki, burada əqli mülkiyyət mühüm yer tutur:
"Yaşıl texnologiyaların geniş tətbiqi ilə əqli mülkiyyət hüquqlarının qorunması mühüm şərtdir. Ekoloji təmiz texnologiyaların inkişafı ilə bağlı innovasiyların stimullaşdırılmasına nail olmaq üçün əqli mülkiyyət hüquqlarının mümkün qədər sadələşdirilməsi, çevik lisenziyalaşdırma işlərinin daha da sürətləndirilməsi xüsusilə qeyd edilə bilər. Həmçinin, yaşıl texnologiyalara, tədqiqatlara və bu işlərə sərmayə qoyan şirkətlərə vergi güzəştləri, eləcə də digər maliyyə dəstəyinin tətbiq edilməsi xüsusilə effektiv ola bilər".
Ombudsmanın sözlərinə görə, qarşıya qoyulan hədəflərə nail olmaq üçün maarifləndirmə tədbirlərinin davamlı olması da mütləqdir.