Azərbaycanın səfiri Rusiya Prezidentinə Bakı ilə İrəvan arasında sülh prosesinə göstərdiyi fəal dəstəyə görə təşəkkür edib
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya tərəfinin Bakı ilə İrəvan arasında sülh prosesinə fəal dəstəyinə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə səfir Rəhman Mustafayev etimadnamələrin təqdimetmə mərasimində Rusiya Federasiyasının “Birinci kanal”ına bildirib.
“Mən Rusiya Federasiyasının Prezidentinə minnətdarlığımı bildirmək istərdim ki, Rusiya tərəfinin sülh prosesinə belə fəal dəstəyi var”, - deyə səfir bildirib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinə başlanılıb, yekun həllini tələb edən məsələlər var. “Suallar azdır, lakin onlar əhəmiyyətlidir”, - deyə Rəhman Mustafayev vurğulayıb.
Noyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin yeni gəlmiş 28 səfirinin, o cümlədən Azərbaycanın Rusiyaya yeni təyin olunmuş səfiri Rəhman Mustafayevin etimadnaməsini qəbul edib. Mərasim Böyük Kreml Sarayının “İsgəndər” zalında keçirilib.
Mərasimdə çıxış edən Vladimir Putin bildirib ki, Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsi, dövlət sərhədinin delimitasiyası və 2020-2022-ci illərin ən yüksəksəviyyəli məlum üçtərəfli razılaşmalara uyğun olaraq iqtisadi-nəqliyyat əlaqələrinin açılması üzrə işlərə yardımı davam etdirəcək.