Azərbaycan səfiri Rusiya XİN başçısının müavini ilə görüşüb

A- A A+

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

“Noyabrın 6-da Rusiya Federasiyasının xarici işlər nazirinin müavini S.A.Ryabkov Rusiyadakı Azərbaycan səfiri R.S.Mustafayevlə görüşüb. Görüş zamanı qarşılıqlı maraq doğuran beynəlxalq gündəmin bəzi aktual aspektləri barədə fikir mübadiləsi aparılıb”, – xarici siyasət idarəsinin məlumatında diqqətə çatdırılıb.

Xatırladaq ki, noyabrın 5-də səfir R.Mustafayev etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: