COP29 maliyyə öhdəliklərinin yerinə yetirilməsinin vacibliyini ucadan bəyan etmək üçün bir fürsətdir.
NUHÇIXAN xəbər verir ki, bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda keçirilən COP29-un Liderlər Sammitində çıxışı zamanı bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevi COP29 konfransının təşkilinə görə təbrik etmək istərdim. Bu konfrans artıq bəzi ölkələrin məruz qaldığı və gələcəkdə digər ölkələrin də üzləşəcəyi fəlakətlərin müzakirə olunduğu platformadır", - baş nazir qeyd edib.
Baş nazir əmin olduğunu bildirib ki, Azərbaycanın sədrliyi ilə COP29 tərəflərin maliyyə konfransına çevrilə, prosesə etimadı bərpa edə və iqlim maliyyələşdirilməsinin miqyasını genişləndirə biləcək.