Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində türk dövlətləri üçün daha "yaşıl gələcəyə" doğru cəsarətli addımlar atılır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömuralıyev “X”də yazıb.
O, COP29 çərçivəsində TDT-nin ətraf mühit və ekologiya nazirlərinin birinci iclasında çıxış etməkdən şərəf duyduğunu da qeyd edib.